Haqqımızda

Caspian Entertainment Company MMC 2018-ci ildə, Paşa Holdinqin nəzdində tematik əyləncə turistik yerləri inkişaf etdirmək və fəaliyyətini təmin etmək, eyni zamanda hər yaşda olan körpələr və uşaqlar üçün fərqli təhsil və əyləncə alternativləri təmin etmək məqsədi ilə təsis edilmişdir.

Bənzərsiz markalarımızla biz unikal təcrübə təqdim edirik və bölgədəki ən uğurlu ailəvi butik əyləncə biznesi olmağa çalışırıq. İstəyimiz, qapımızdan keçən hər kəsə böyük təbəssüm bəxş etməkdir.

Caspian Entertainment Company MMC olaraq hər gün bütün müştərilərimizə ən yaxşı və bənzərsiz təcrübə təqdim etmək üçün çalışırıq. Uşaqların gələcəyimiz olduğuna və mütləq ən yaxşısına layiq olduqlarına inanırıq. Uşaqlarımızı və içimizdəki bütün uşaqları xoşbəxt etməyi hədəfləyirik!

İnanclarımız və dəyərlərimiz: 

  • Əyləncə ilə öyrənmənin birləşdirilməsinin tərəfdarıyıq.
  • Dünyanı, ölkəmizi, şirkətimizi və bütün canlıları sevirik və hörmət edirik.
  • Dürüstük və etdiyimiz hər işə səmimiyyət qatırıq.
  • Gülümsəməyin əhəmiyyətini anlayırıq.
  • Özümüzü hər gün mümkün olan ən yaxşı xidməti göstərməyə və nümunə olmağa həsr edirik.
  • Ən son trend və texnologiyaları izləyirik.
  • Özümüzü və ətrafımızdakı hər şeyi yaxşılaşdırmaq üçün bütün potensialımızı istifadə edirik.
  • Ünsiyyətə və bir-birimizdən öyrənməyə, habelə bir-birimizə kömək etməyə açığıq.
  • Bizi əhatə edən hər şeyə qarşı məsuliyyətlə və hörmətlə yanaşırıq.
  • Daxilimizdəki uşağın canlı və xoşbəxt olduğuna əminik!

 

UŞAQLAR ÜÇÜN UŞAQLARLA BİRLİKDƏ İŞLƏMƏYİ SEVİRİK!

“Başlamağın yolu danışmağı dayandırmaq və hərəkətə keçməkdir.” - Walt Disney.