Deniz Karting
Ad günü menyusu

Deniz Karting

Deniz Karting Baku, dostlarınız və ailənizlə birgə yarış təcrübəsi yaşamağınız üçün sizi gözləyir! Böyüklər üçün 460 m uzunluğundakı qapalı 2 səviyyəli və uşaqlar üçün 100 m uzunluğa sahib olan yol Bakının ən möhtəşəm və həyəcanverici kartinq xidməti ilə sizə unudulmaz kartinq təcrübəsi yaşadacaq!

Təlimatlandırma otaqlarında Yarış Nəzarətçilərimiz tərəfindən kartların istifadəsi, təhlükəsizlik qaydaları və texniki biliklər kimi yarışın təfərrüatları ilə bağlı məlumatlar verildikdən sonra komanda üzvlərinə yarış kostyumları (dəbilqə, yarış geyimləri) təqdim edilir və yarış başlayır! Yarışa səlahiyyət qazanmaq üçün təlimatlara əməl etmək vacibdir!

Ən son texnologiya yarış kartlarımız ekoloji cəhətdən tamamilə təmizdir və ion batareyaları ilə təchiz edilmişdir. Təhlükəsizliyə görə kartların sürəti saatda 60 km-ə endirilib. Müştərinin adı, soyadı, fotoşəkili və kartı yarış yolu boyu monitorlarda nümayiş etdirilir. Sürücü göstəriciləri görə bilər və kartın idarəsini tənzimləyə bilər.

F1, FE, Motor GP və digər yarışlarda qəza riskini 0 dərəcəyə endirmək üçün istifadə edilən "Tepco Barriers" bütün yol boyunca quraşdırılmışdır. Təcrübəli marşal komandası yarışa nəzarət edir və yarış təcrübəsi yaşayarkən texniki dəstək verir!

İlk 3 sürücüdən biri olun və Qaliblər Səhnəsində çəkilmiş şəklə sahib olun.