Hello Park

Hello Park

Hello Park interaktiv uşaq əyləncə mərkəzi Cresent Mall-un 4-cü mərtəbəsində yerləşir. Ərazisi 560 kv. m. olan Hello Park 3-12 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulub.

Parkın konsepsiyası müasir rəqəmsal oyunlar, rəngli proyeksiyalar, qabaqcıl texnologiyalar ilə fiziki fəaliyyəti özündə cəmləşdirir.

Burada uşaqlar valideynləri ilə birlikdə oynaq şəkildə yeni bacarıqlar öyrənirlər və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirirlər.

Hello parkda ad günü tədbirlərini keçirilməsi üçün 12-15 nəfərlik xüsusi otaq mövcuddur.