Amburan Kids
Ad günü menyusu

Amburan Kids

Amburan Kids Xəzər dənizinin sahilində yerləşən əyləncə ilə dolu, oyun və inkişaf üçün nəzərdə tutulan, 5 əsas əyləncə fəaliyyəti olan uşaq mərkəzidir. Balaca uşaqlardan böyüklərə və onların valideynlərinə qədər hər kəs üçün əyləncəmiz var! Amburan Kids - Oyna, Əylən, Kəşf et!

Sweet City

Sweet City   balacaların valideynləri ilə qatıldığı əyləncəli oyun zalıdır. Bu məkan 2-6 yaş arası uşaqlar üçün dizayn edilib. Karusel, rəngbərəng evlər və sürüşkənlər, uşaqların zehni və motor bacarıqlarının inkişafı üçün hazırlanmış oyun zalında unudulmaz oyun təcrübəsini bəxş edəcək.

alt text

Builder City

Builder City 3-12 yaş arası, tikinti ilə maraqlanan və yaratmağı sevən uşaqlar üçün yaradılan oyun zalıdır! Vinç inşaat alətləri, yükləyicilər və təkər arabaları uşaqlara rəngarəng nəhəng bloklardan istifadə edərək böyük bir ev tikməyə imkan verir. Borulardakı topların sirli hərəkəti uşaqları əyləndirərkən onların zehni inkişafında rol oynayacaqdır.

Motor City

Motor City 2-8 yaş arası uşaqlar üçün xüsusiylə dizayn olunmuş sürücülük şəhəridir. Burada uşaqlar parkda sürmək istədikləri maşını seçib, əsl avtomobil yolunda sürə bilərlər. Onlar yanacaqdoldurma məntəqəsində, şinlər təmiri sexində və polis bölməsində şəhərimizi daha yaxşı tanıyacaqlar, eyni zamanda sürət həddinə və yol nişanlarına əməl etməyi öyrənəcəklər.

alt text

alt text

Bono Bourg

Bono Bourg 7 yaşdan yuxarı hiperaktiv uşaqlar üçün 3 səviyyəli oyun meydançasıdır. Dırmaşma divarı, trambolinlər, zolaq xətləri, çətin keçidlər və maraqlı oyunlar, ixtisaslaşmış və diqqətli nəzarətçilərimizin müşahidəsi altında olarkən bütün uşaqlar üçün əla bir təcrübə olacaqdır.

KIDS CLUB BY BUMBLEBEE

Amburan Kids-də artıq yeni "Kids Club by Bumblebee" oyun meydançası fəaliyyətə başladı. Yeni fəaliyyət sahələrində 3 yaşdan yuxarı uşaqlar balaca dostları ilə öyrədici və əyləncəli vaxt keçirəcəklər.

Uşaqların sevimli məşğuliyyətlərindən biri olan "Slime", "Art" və "Cooking" master-klaslarında balacalar yaradıcılıqlarını kəşf edərək, incə motor bacarıqlarını da inkişaf etdirəcəklər. “Play” oyun otağında isə uşaqlar səmərəli və aktiv vaxt keçirəcəklər.
Bütün balacaları "Kids Club by Bumblebee"-də gözləyirik!

alt textalt text