Kinderland
Ad günü menyusu

Kinderland

Ümumi sahəsi 5000 m2 olan Kinderland küçələri, mağazaları, teatrı və xüsusi valyutası olan gerçək bir şəhəri xatırladır. Bu şəhər 4-14 yaş arası (Körpələr üçün ərazidə isə 2-4 yaş) uşaqlar üçün nəzərdə tutulub və bütün uşaqların əylənməsi üçün 60-dan çox real həyat fəaliyyətləri ilə əyləncə və təhsili özündə cəmləşdirir.

Azərbaycanın ilk təhsil yönümlü əyləncə parkı – Kinderland, Bakı şəhərinin kiçildilmiş versiyasına bənzəyir. Kinderland-də uşaqlara oyun fəaliyyətləri vasitəsilə öyrənmə bacarıqları təşviq olunur və bu bacarıqlar müxtəlif təcrübələr yolu ilə onlara daimi olaraq aşılanır. Kinderland uşaqların müxtəlif oyunlar oynayaraq və az da olsa gerçək həyatı təcrübə edərək öyrənmə bacarıqlarına yiyələnməsi üçün ideal məkandır.

Bu şəhərcikdəki bütün peşələr, Azərbaycanda və dünyada ən böyük markalar olan tərəfdaşlarımızın fəaliyyət sahələrinə uyğunlaşdırılıb. Burada 4-14 yaş arası uşaqlar 60-dan çox peşəni təcrübədən keçirə bilərlər. Onlar həkim, yanğınsöndürən, alim, aktyordan səyahət agentinə qədər müxtəlif peşələrin sahibi ola bilərlər. Bu layihəni Azərbaycandakı bütün uşaqlara təqdim etməkdən çox məmnunuq.