Kinderland Shuvelan Mini

Kinderland Shuvelan Mini

Ümumi sahəsi 2300 m2 olan Kinderland Shuvelan Mini, hər yaşdan olan insanlar üçün çoxşaxəli ailəvi əyləncə mərkəzidir! 11-dən çox fəaliyyətdə uşaqlar həkim, yanğınsöndürən, gözəllik mütəxəssisi və bu kimi digər peşələrə yiyələnəcəklər. Bir sıra arkad oyunları, trambolin əraziləri, şəhər labirenti və dırmanma divarları kəşf edilmək və sizə əyləncə bəxş etmək üçün hazırdır! Acmısan? Müasir restoran və kafe bölmələrimiz ləzzətli yeməklərdən zövq almağınız və ailənizlə yaddaqalan vaxt keçirməyiniz üçün xidmətinizdədir.

Kinderland Shuvelan Mini, uşaqlarınızın peşələri təcrübədən keçirmələri və onlar haqqında məlumat əldə etmələri üçün xüsusi hazırlanmış mərkəzlərdə (İncəsənət və Sənətkarlıq Mərkəzi, Supermarket və İnteraktiv Mətbəx, Moda Studiyası, Gözəllik Mərkəzi, Yanğınsöndürmə Məntəqəsi və Xəstəxana) 7 fərqli peşə seçiminə malikdir.

alt text

Kinderland Shuvelan Mini, tədbirlərinizi unudulmaz etmək üçün əlavə Karaoke Otaqları ilə birlikdə iki xüsusi hazırlanmış Parti Otağı təklif edir. Kimin mahnı oxumaq istedadı var? Ailənizlə əylənmək və müğənnilik bacarıqlarınızı göstərmək üçün Karaoke otaqlarımızdan birini sifariş edin.

alt text

Kinderland Shuvelan Mini körpələr üçün də seçimlərə malikdir. Yumşaq oyun və su oyun sahələrimiz, uşaqların təhlükəsiz əyləncəsini təmin etmək üçün nəzərdə tutulmuşdur, ticarət mərkəzinin girişindəki Macəra Mərkəzi (Adventure Center) hədsiz macəra və əyləncə təklif edir! Ən yüksək səviyyəyə çatmağa çalışarkən cəsarətini göstər və aktiv vaxt keçir.

alt text