Slide

Slide

Döşəkçəni al, kaskanı tax və bizimlə əyləncəyə qoşul!  Bənzərsiz mərtəbələrarası sürüşkənimiz olan Slide-ları sınayın və Dəniz Mall-un fərqli mərtəbələrı arasında səyahətinizə başlayın.  7 yaşdan yuxarı hər kəs bu unikal həyəcanı yaşaya bilər. Bura, sürəti və əyləncəni sevənlər üçün ən gözəl məkandır və burada siz hər ikisini dada bilərsiz!

alt textalt text

Mərtəbələrarası yürüşlərimiz, 7 yaşdan yuxarı hər kəsə fərqli bir həyəcan və təcrübə bəxş edəcək. Sürət, yüksəkliklər, əyləncələr sevirsinizsə, özünüzü möhtəşəm bir səyahətə hazırlayın. Bu atraksion sizin əylənməyinizi və bütün gün boyunca  yüksək əhval-ruhiyyədə olmağınızı təmin edəcək! Bizim peşəkar təlimçilərimiz sizi, enməzdən öncə təhlükəsiz, əyləncəli və unudulmaz səyahətə hazırlayacaqlar.

alt textalt text

Bu əyləncə növünün “Dəniz Mall”-un 3-cü və 5-ci mərtəbədə yerləşən iki fərqli yolu var. İki böyük dəmir tunel uşaqların və böyüklərin əyləncə və adrenalin yaşaması üçün xüsusi olaraq hazırlanıb.. 7 yaşdan böyük hər kəs 3-cü mərtəbədə yerləşən, uzunluğu 27.2 metr, hündürlüyü isə 11.5 m olan kiçik sürüşkəndən, 14 yaşdan böyüklər isə 5-ci mərtəbədə yerləşən, uzunluğu 58.3 m, hündürlüyü 24.2 m olan böyük sürüşkəndən istifadə edə bilər. Qonaqlarımız yüksək sürətlə bu məsafəni keçdikdən sonra 1-ci mərtəbədəki yumşaq matların üzərinə enirlər.

alt text